Abid Şərifovun vəziyyəti pisləşdi - Son Dəqiqə

15:31 | 03.04.2017
Abid Şərifovun vəziyyəti pisləşdi - Son Dəqiqə

Abid Şərifovun vəziyyəti pisləşdi - Son Dəqiqə

Ötən həftə Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun səhhəti kəskin pisləşib və o, təcili olaraq xüsusi təyyarə ilə İsrailə aparılıb.

Məlumatı minval.az İsrail KİV-lərinə istinadən yayıb. newsru.co.il bildirir ki, Abid Qoca oğlu Şərifov İsrailin Hayfa şəhərindəki RAMBAM xəstəxanasına yerləşdirilib. Onun xəstəxanaya ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə daxil olduğu və kardiologiya bölməsində yerləşdirildiyi bildirilir.

Məlumata görə 77 yaşlı vitse-premyerin vəziyyəti ötən həftənin ortalarında pisləşib, o, əvvəlcə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin yerli həkimlər xəstəni analiz edərək belə qənaətə gəliblər ki, onun vəziyyəti ciddidir, həyati təhlükəsi var və İsrail kardioloqları tərəfindən müayinə olunsa yaxşıdır.

Abid Şərifovun İsrailə aparılmasını "Xorev” tibb mərkəzinin rəhbəri, doktor Roman Barak koordinasiya edib. Hayfaya çatanda onu artıq mütəxəssislər qrupu gözləyirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM