• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Abituriyentlərin əlli faizi 0-50 bal toplayıb - Deputat/ Video

Abituriyentlərin əlli faizi 0-50 bal toplayıb - Deputat/ Video
14.11.2023 16:32
Cari təhsil ilində bütün ixtisas qrupları üzrə uşaqların 0-50 bal arası nəticə göstərməsi funksional savadsızlıqdır. Bunu deputat Etibar Əliyev deyib.

"İbtidai təhsil pilləsində təhsil alan uşaqlar bütövlükdə repetitor təhsilinə cəlb olunublar. Hər valideyn övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdinə xərclədiyi  vəsaitdən 3-4 dəfə çoxdur. Məktəb öz funksiyasını layiqincə yerinə yetirə bilsəydi, bu vəsait şagirdlərin geyiminə və qidasına xərclənərdi. Daha sağlam nəsil yetişmiş olardı. Uşaqların dərsdən yayınma halları gələcəyimiz üçün böyük fəsadlara səbəb olacaq. Hər dəfə bunu deyirik, lakin nəticə yoxdur. Cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin təxminən 50%-i 0-50 bal toplayıb. Bunun adı funksional savadsızlıqdır. Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ən yaxşı halda 40%-dir. Diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi beləmi olmalıdır?” , - deputat noyabrın 14-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 
 
Millət Vəkili həmçinin bildirib ki, nəticə əsaslı büdcəyə keçid hələki inkişafa zəmin yarada bilmir.
 
"Ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi 1693, uşaq bağçası və körpələr evində 25%-dir. İnkişaf etmiş dünya ilə müqayisədə bu aşağı göstəricidir. Rayonların əksəriyyətində vəziyyət daha acınacaqlıdır. Bu göstərici 7-8%-dir. Niyə statistika orqanları məktəbəqədər təhsilin əhatə səviyyəsini rayonlar üzrə açıqlamır? Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin məktəbəqədər təhsil və orta təhsil üzrə bölgüsü açıqlanmır? Bəlkə ayrılan vəsaitin 80%-i elə Bakıya aiddir”, - o əlavə edib.
 



Gülnar Nazimqızı
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Cəmiyyət 22:39
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol