Abramoviç ofisianta 2 min verdi

15:00 | 25.10.2015
Abramoviç ofisianta 2 min verdi

Abramoviç ofisianta 2 min verdi

Türkiyənin Egey dənizi sahillərində istirahət edən rusiyalı milyarder Roman Abramoviç velosiped turu üçün yanaşdığı körpüdə qayığın ipini tutan ofisianta 2 min türk lirəsi məbləğində bəxşiş verib.

"Çelsi” futbol klubunun sahibi R.Abramoviç tətilini "Eclipse” yaxtası ilə Egey dənizi sahillərində keçirir.

Ailəsi ilə birlikdə tətil keçirən milyarder 25 min dollarlıq velosipedi ilə dövrə vurub. Qayıqla 10 mühafizəçinin müşahidəsi ilə yaxtadan ayrılan R.Abramoviç quru yolda yerləşən restoranın körpüsünə yaxınlaşıb.

O, qayığın ipini bağlayan ofisiant Selçuk Günaya 2 min türk lirəsi məbləğində bəxşiş verib. Ofisiant əvvəlcə R.Abramoviçi tanımayıb. Milyarderin təvazökar insan olduğunu deyən S.Günay bəxşişin maaş gününə düşdüyünə görə çox sevinib: "Gedərkən ona təşəkkür etdim və gələn il də gözlədiyimizi dedim”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM