ABŞ 10 min Suriya qaçqınını qəbul edəcək

12:24 | 11.09.2015
ABŞ 10 min Suriya qaçqınını qəbul edəcək

ABŞ 10 min Suriya qaçqınını qəbul edəcək

Ağ Evin bəyanatına görə, prezident Barack Obama gələn il müddətində ölkəyə 10 min Suriya qaçqının qəbuluna hazırlıq barədə sərəncam verib.

Ağ Evin bəyanatına görə, prezident Barack Obama gələn il müddətində ölkəyə 10 min Suriya qaçqının qəbuluna hazırlıq barədə sərəncam verib.

Bu, ilk dəfədir ki, ABŞ qaçqınların qəbul ediləcəyi barədə rəsmən öhdəlik götürür.

2011-ci ildə Suriyada münaqişə başlanandan bəri ABŞ yalnız 1500 qaçqın qəbul edib, daha 300 nəfər oktyabr ayı üçün növbədədir.

Bununla belə, qaçqın haqları müdafiəçiləri və Konqresin bir sıra üzvləri ABŞ üçün 10 min rəqəminin çox az olduğunu bildirirlər.

Məsələn, demokrat konqresmen David Cicilline Obamanı 2016-cı il ərzində 65 min qaçqın qəbul etməyə çağırıb.

Dini qruplar ABŞ-ın 100 min Suriya qaçqınını qəbul etməsini istəyirlər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM