​ABŞ 108 tarixi abidəni İrana qaytarıb

10:55 | 23.04.2015
​ABŞ 108 tarixi abidəni İrana qaytarıb

​ABŞ 108 tarixi abidəni İrana qaytarıb

ABŞ 108 tarixi abidə nümunəsini İrana geri qaytarıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərə görə, İranın cənub-qərbindəki Çoqamış kurqanlarından aşkar edilən və uzun illər ABŞ-dakı Çikaqo Universitetində saxlanılan 108 daş kitabə və tarixi əsər İslam Respublikasının Milli Muzeyinə təhvil verilib.

Tarixi əsərləri İran Milli Muzeyində keçirilən təntənəli tədbirdə Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri, arxeoloq Gil Steyn İran mədəni irsi baş idarəsi başçısının müavini Məhəmmədhəsən Talibana təqdim edib.

"Bu əsərlər bizim eradan 4 min il öncəyə aid olub, ölkə ərazisində kənd təsərrüfatının ilk dövrlərinə təsadüf edir", - Taliban bildirib.

Onun sözlərinə görə, Coqamışda aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan 264 tarixi nümunə araşdırma aparılması məqsədi ilə Çikaqo Universitetinin Şərqşünaslıq Universitetinə verilib: "Nümunələr ötən 50 ildə orada saxlanılıb. 3 il öncə isə 156 detal qaytarılıb".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti