Pelyasiya məhkəməsi həbs olunan ərəb və müsəlmanların hüquqlarının pozulmasına dair qərar çıxarıb.
Amerika Birləşmiş Ştatları Apelyasiya məhkəməsi önəmli bir qərar qəbul edib.
ANS PRESS-in məlumatına görə, məhkəmə 11 sentyabr hadisəsindən sonra terrorla mübarizə çərçivəsində həbs olunan ərəb və müsəlmanların hüquqlarının pozulduğuna dair qərar çıxarıb.
Qərarda sabiq ABŞ prezidenti Corc Buş rəhbərliyindəki ən yuxarı səviyyədə vəzifə yerinə yetirən təhlükəsizlik əməkdaşları günahlandırılıb.
Məhkəmə müsəlmanların hüquqlarının pozulduğunu təsdiqləyib və zərərçəkmişlərin təhlükəsizlik əməkdaşlarını məhkəməyə verə biləcəkləri qeyd olunub.
11 Sentyabr hücumlarından sonra həbs edilənlər arasında Nyu York və Nyu Cersidə yaşayan türklər də var idi. Həbs olunanlar aylarca hücrə həbsində saxlanılıb və işgəncələrə məruz qalıblar.
Xatırladaq ki, 11 sentyabr hücumları - "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarıdır.
Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdılıb.
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !