ABŞ 2015-ci ildən etibarən Avropaya təbii qaz nəql edəcək

17:19 | 02.04.2014
ABŞ 2015-ci ildən etibarən Avropaya təbii qaz nəql edəcək

ABŞ 2015-ci ildən etibarən Avropaya təbii qaz nəql edəcək

Con Kerri: “Bu gün bütün Avropa ölkələrinin istehlak etdiyindən də çox qaz nəql edəcəyik”

Birləşmiş Ştatlar 2015-ci ildən etibarən Avropaya təbii qaz nəql etməyə başlayacaq.

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Birliyi-ABŞ Energetika Şurasında ABŞ dövlət katibi Con Kerri çıxış edib.

 

O bildirib ki, Moskvanın Ukraynaya qarşı siyasəti Avropanın Rusiya enerji daşıyıcılarından asılılığının azaldılması məsələsini aktual edir.

 

“Biz bütün Avropanın bu gün istehlak etdiyindən də çox qaz nəql edəcəyik. Vəzifəmiz Ukraynada mövcud çağırışlara lazımi cavab verməkdir. Biz tərəfdaş olacağıq. Birləşmiş Ştatlarla Avropa arasındakı bu tərəfdaşlıq çox vacibdir”, - deyə o vurğulayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM