Nyu Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra ABŞ-da yaşamaq hüququ verən "Green Cart" lotereyasının ləğvi yenidən gündəmə gəlib. İstiPress-in məlumatına görə, prezident Donald Tramp lotereyanın ləğvi üzərində işi sürətləndirəcəklərini bəyan edib. Bu barədə dövlərt başçısı özü "Twitter" səhifəsində yazıb.
"Terrorçu ölkəmizə bu sistemlə daxil olub. Mən əsaslandırılmış bir sistem istəyirəm. Biz aktiv şəkildə belə miqrasiya istəyirik. Demokratlardan artıq heç bir lotereya... Biz daha da güclü və ağıllı olmalıyıq".
Tramp Ağ evdə jurnalistlərə açıqlamasında isə bu proqramın ləğvi üzərində işə başladığını elan edib. "Bunu çoxdan etmək istəyirdim. Konqresdən dərhal bu sahədə işə başlamağı tələb etmişik. Biz bu lotereya proqramından mümkün qədər tez canımızı qurtarmalıyıq".
Xatırladaq ki, Nyu-York terrorunun törədən şəxs qismində saxlanılan gənc Özbəkistan vətəndaşıdır. 29 yaşlı Sayfullo Saipov 2010-cu ildə ABŞ-da yaşamaq hüququ əldə edib. Ötən gün isə o icarəyə götürdüyü yük maşının insanların üzərinə sürüb, daha sonra isə maşından çıxıb, əlində silahla "Allahu Əkbər" deyərək qışqırmağa başlayıb. Bu zaman polis onu yaralayaraq zərərsizləşdirə bilib.
"Diversity Immigrant Visa" proqramını ABŞ Dövlət Departamenti təşkil edir. Hər il bu uduş sayəsində Azərbaycanda daxil olmaqla, onlarla ölkədən olan minlərlə insan ABŞ-da yaşayıb, işləmək şansı qazanır. Qaliblər isə komputer proqramı ilə təsadüfən seçilir.
Bu ilki uduşda 224 Azərbaycan vətəndaşı "Greencard” sahibi olub. Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov, müğənni Elariz Məmmədoğlu da var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !