ABŞ-a neqativ münasibət bəsləyən rusiyalıların sayı keçən il ilə müqayisədə 2 dəfə artaraq 81% təşkil edib.
Rusiya və ABŞ arasında münasibətləri qərəzli adlandıran rusiyalıların sayı ən azı 10 dəfədən çox artıb (4-dən 42 faizə qədər).
"Levada-сentr”in tədqiqatının nəticələrini "Vedomosti” qəzeti dərc edib.
Sorğuya əsasən rusiyalıların 71%-i Avropa İttifaqına mənfi münasibət bəsləyir. Bununla yanaşı 40 faiz Qərb ilə münasibətləri möhkəmləndirməyi, 36 faiz isə ondan uzaqlaşmağı təklif edir.
"25 il ərzində ilk dəfə olaraq, rusiyalılar sanksiyalar və Ukrayna ətrafında olan vəziyyətə görə, Qərbə və ABŞ-a qarşı bu dərəcədə pis münasibət müşahidə edilir”, - "Levada-centr”ın direktor müavini Aleksey Qrajdankin nəşrə verdiyi müsahibəsində bildirib.
O, qeyd edib ki, Rusiyada mövcud olan anti-qərb əhval-ruhiyyəsi öz maksimum həddinə çatıb.//OXU.Az
Bizi sosial şəbəkələrdə izləyin !