ABŞ-ın Montana və Kolorado ştatlarında havanın temperaturu qəfil 30-33 dərəcə aşağı düşüb.
"DHA” xəbər verir ki, ABŞ-da yay fəslinin hökm sürməsinə baxmayaraq, havanın hərarətinin aşağı düşməsindən sonra hər iki ştatda da qar yağıb.
Ştatlarda istilik 1-3 dərəcəyə qədər enib. Kolorado ştatında qəfil qar yağması əhalinin Denver və Sprinqs şəhərləri başda olmaqla bir çox şəhərlərə axın etməsinə səbəb olub. Qar yağışlarından sonra havanın yenidən isinəcəyi gözlənir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !