ABŞ alimlərindən antibiotik inqilabı

21:53 | 08.01.2015
ABŞ alimlərindən antibiotik inqilabı

ABŞ alimlərindən antibiotik inqilabı

Antibiotiklərin hazırlanmasında yeni üsul icad edilib.

 Report xəbər verir ki, yeni icad ABŞ alimlərinə məxsusdur.

Alimlər iddia edir ki, yeni icad həm preparatlara qarşı davamlı, həm də infeksiyalara qarşı mübarizə aparmaq üçün ən ideal vasitədir.

Bostondakı ABŞ Şimal-Şərq Univeristetindən olan tədqiqatçılar bakteriyaların laborator şəraitdə torpaqda becərilmə texnikasını icad ediblər. Onların "Nature" jurnalında dərc olunan tədqiqatları 25 yeni antibiotikin kəşfi ilə nəticələnib.

Antibiotiklərdən biri artıq siçanlarda dərman preparatlarına qarşı infeksiyaların müalicəsində öz effektini göstərən Teiksobaktin preparatıdır. İnsanlar üzərində tədqiqatlar uğurla keçsə, yeni preparat təxminən 30 il ərzində ilk yeni sinif antibiotiki ola bilər.

Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM