• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb

ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb
28.11.2023 14:39
2023-cü il noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Bu barədə XİN-dən bildirilib.
 
Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol