• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

ABŞ Amerikalı reportyorun həbsindən narahatlığını bildirib

ABŞ Amerikalı reportyorun həbsindən narahatlığını bildirib
31.03.2023 15:05
Cümə axşamı Bayden administrasiyası Wall Street Journal-ın müxbiri Evan Gerşkoviçin Rusiyada saxlanılmasından "dərin narahatlığını" bildirib. O, 1986-cı ilin sentyabrından etibarən Rusiyada casusluq ittihamı ilə həbs edilən ilk Amerikalı jurnalistdir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Biz Kremlin jurnalistləri və vətəndaş cəmiyyəti nümayəndələrini qorxutmağa, susdurmağa və cəzalandırmağa yönəlmiş bitmək bilməyən cəhdlərini ən qəti şəkildə pisləyirik", deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir. 

Administrasiyanın nümayəndələri Gerçkoviçin ailəsi, işlədiyi qəzet, həmçinin Rusiya hökuməti ilə əlaqə saxlayıblar, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. "Casusluq ittihamı gülüncdür", deyə o əlavə edib.

Gerşkoviç Yekaterinburqda saxlanılıb, belə ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti onu hərbi-sənaye kompleksi haqqında dövlət sirri təşkil edən materialları əldə etmək cəhdində ittiham edib.

"Uzun müddətdir Rusiya hökumətinin jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə və bütünlükdə Rusiya ictimaiyyətinə qarşı repressiyalarının artmasını müşahidə edirik", deyə mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqdə bildirib.

"Fevralın 24-dən, Ukraynaya qarşı təcavüz başladığı andan etibarən onlarla KİV və yüzdən çox ayrı-ayrı jurnalist sadəcə olaraq öz işlərini yerinə yetirdiklərinə görə xarici agent elan edilib", deyə Patel əlavə edib.

Turan-ın müxbirinin "bu aksiya Rusiyada qərbli jurnalistlərin qorxudulması aksiyası kimi qiymətləndirilirmi?" sualına cavabda Patel deyib ki, bu mövzu ilə bağlı "spekulyasiya" etməyəcək və əlavə edib ki, ABŞ hökuməti Rusiyadakı bütün Amerika vətəndaşlarına bu ölkəni dərhal tərk etməyi tövsiyə edir. "Bunda köməyə ehtiyacınız varsa Moskvadakı səfirliyimiz kömək etməyə hazırdır", deyə o qeyd edib.

Rusiya Gerşkoviçin həbsi ilə "azad mətbuata qarşı müharibəsini genişləndirdiyini bütün dünyaya nümayiş etdirib", deyə ABŞ-da Xarici Mətbuat Müxbirləri Assosiasiyasının cümə axşamı yaydığı bəyanatda bildirilir.

"Uzun illər boyunca ölkə daxilində söz azadlığını və müstəqil KİV-ləri susduran Moskva Ukraynada qanunsuz müharibəsinin araşdırılmasına mane olmaq üçün xarici jurnalistləri hədəf alıb", deyə təşkilatın bəyanatında qeyd edilir. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol