Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Oxu.Az-a bildirib.
"20 ildən çoxdur ki, iki ölkə neft və qaz sahəsində sıx əməkdaşlıq edir. Mən digər sahələrdə də böyük potensial görürəm. Hazırda biz müxtəlif səpkilərdə işləyirik - məsələn, kənd təsərrüfatı, internet iqtisadiyyatı, nəqliyyat istiqamətlərində çalışırıq. Bizdə yeni yardım proqramları var, hansı ki bu sahələrin inkişafına kömək edəcək” - deyə, o qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində işlər gedir:
"Biz hazırda özəl sektorun inkişaf etdirilməsi və Azərbaycan və ABŞ şirkətləri arasında münasibətlər qurmağa çalışırıq və bununla da müvafiq qurumlar məşğul olur”.
Səfir həmçinin Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarını ixrac etməkdə Azərbaycana kömək etməkdə hazır olduqlarını da qeyd edib:
"Biz fermerlər ilə də, təsərrüfatlar ilə də işləyirik. Amma çox vacib mərhələdə - məsələn siz pomidor, alma və s. yetişdirirsiz, onları ixrac üçün hazırlamağa da biz sizə kömək edə bilərik” - deyə, səfir əlavə edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !