Bu ilin sentyabrında ABŞ Konqresində keçirilməsi planlaşdırılan dinləmələrdə Birləşmiş Ştatların Azərbaycana yeni səfiri təyin oluna bilər. ABŞ-ın Azərbaycandakı səfirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb: “Ancaq bu şəxsin Azərbayacana səfir kimi gəlib-gəlməməsi dinləmələrin nəticəsindən asılıdır”. Səfirlikdən verilən məlumata görə, hazırda səfirin vəzifəsini ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan icra edir. Xatırladaq ki, avqustun 1-də Riçard Morninqstar Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri vəzifəsini başa vurub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !