ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) departamentin Azərbaycanda 2024-cü il üçün maye karbohidrogenlərin (LPH) gündəlik istehsalının həcminə dair proqnozu 10 min barel artırıb.
Nazirliyin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 0,61 milyon barel təşkil edəcək (dekabr proqnozu - 0,60 milyon barel).
Eyni zamanda, 2024-cü ildə neft hasilatı proqnozu 0,61 milyon barel (dekabr proqnozu - 0,59 milyon barel) müəyyən edilib. Eyni zamanda cari ilin birinci rübündə gündəlik hasilat proqnozu 0,61 milyon bareldir, ikinci və üçüncü rüblərdə 0,61 milyon barel) dördüncü rübdə - 0,62 milyon barel olacaq.
Departamentin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 0,65 milyon barel təşkil edəcək.
Eyni zamanda, neft hasilatı birinci rübdə sutkada 0,63 milyon barel, ikinci rübdə 0,64 milyon barel, üçüncü və dördüncü rüblərdə sutkada 0,66 milyon barel səviyyəsində proqnozlaşdırılır.
Yenilənmiş məlumatlarıa əsasən, 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 0,61 milyon barel təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !