ABŞ Dövlət Departamenti 2014-cü ilin Terrorçuluğa Dair Hesabatını dərc edib.
Bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, hesabatda qeyd olunur ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə uzun müddətdir ki, ABŞ ilə tərəfdaşlıq edir.
"Sözügedən tərəfdaşlıq həm NATO, həm də Əfqanıstanda Beynəlxalq Təhlükəsizlik Qüvvələri ilə birgə fəaliyyət də daxil olmaqla, müxtəlif fəaliyyətlərdə öz əksini tapmışdır. Azərbaycan ABŞ və NATO-nun terrorçuluğa qarşı fəaliyyətinə Əfqanıstanda əməliyyatlar üçün zəruri olan avadanlığın və təchizatın tranziti vasitəsilə yardım edir”, - deyə, hesabatda qeyd olunur.
Bundan başqa, sənəddə vurğulanır ki, ABŞ və Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı aparılan mübarizədə də müsbət əməkdaşlıq edirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !