ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq."Defense News" nəşrinin məlumatına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton bildirib. Orbitə peyklərin çıxarılması "GSAP" (Geosynchronous Space Situational Awareness Program) proqramı çərçivəsində həyata keçiriləcək. Proqram çərçivəsində buraxılan peyklər elektron-optik sensorlarla təchiz edilməklə geosinxron orbitdə yerləşəcək. Sistemin üstünlüyü əlverişsiz meteoroloji şəraitdə Yer kürəsi səthindən müşahidəni qeyri-mümkün edən digər kosmik aparatları izləməkdən ibarətdir. Peyklərdən alınan məlumatlar ABŞ kosmik aparatları üçün digər ölkələrə məxsus peyklərin və kosmik "zibil"lərin törədə biləcəyi təhlükənin müəyyənləşdirilməsində istifadə ediləcək. "Orbital Sciences" şirkəti tərəfindən hazırlanan "GSAP" peyklərini "Delta IV" raketdaşıyıcısı ilə Kanaveral kosmik stansiyasından buraxılması nəzərdə tutulur. Kosmik aparatların orbitə nə vaxt çıxarılacağı barədə məlumat verilmir. U.Şeltonun sözlərinə görə, 2016-cı ildə geosinxron orbitə daha iki müşahidə peykinin çıxarılması planlaşdırılır. Əvvəllər "GSAP" proqramı haqqında məlumatlar tam məxfi saxlanılırdı.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !