ABŞ bu ölkəni terroru dəstəkləyənlər siyahısından çıxarır

10:46 | 25.09.2014
ABŞ bu ölkəni terroru dəstəkləyənlər siyahısından çıxarır

ABŞ bu ölkəni terroru dəstəkləyənlər siyahısından çıxarır

ABŞ Sudanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmağa hazırlaşır. Belə bir açıqlamanı Sudan informasiya naziri Əhməd Bilal verib. O, bildirib ki, ABŞ rəsmiləri hələ də Sudana inanmasalar da, amma yenə də ölkənin gələcəyi üçün belə bir qərar aldıqlarını və siyahıdan çıxarılmanın düzgün olacağına inamlarını ifadə ediblər.ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Afrika Birliyinin vasitəçiliyi ilə keçirilən görüşdə ABŞ rəsmilərinə inandırılıb ki, Sudan hökuməti ölkədəki terror qrupları ilə dialoq qurmağa cəhdlər edir.Afrika Birliyi bu məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında hesabat verdiyini, Sudan hakimiyyətinin terrorla mübarizədə önəmli addımlar atdığını ifadə edib.ABŞ və Ömər Bəşir hakimiyyəti arasında yaşanan siyası böhrandan sonra Sudan terroru dəstəkləyənlər siyahısına daxil edilmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM