ABŞ prezidenti Donald Tramp, Əfqanıstandakı bütün əsgərlərin 26 Noyabr Şükran gününə qədər geri çəkiləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp "Ağ Ev”də keçirdiyi brifinqdə qeyd edib.
"Əfqanıstandakı əsgərlərin sayını 8 minə endirmişik. Taliban və Əfqanıstan hökuməti ilə danışıqlar gedir. Onların evlərinə qaytarılması ilə bağlı müsbət danışıqlarımız var. 19 ildir ki, oradayıq və əsgər kimi yox, polis kimi davranırıq. Artıq bu qədər kifayətdir. Əsgərlərin ən qısa müddətdə geri qayıtmasını istəyirəm" – deyə, Tramp vurğulayıb.
ABŞ qoşunlarının digər ölkələrdən çıxarılması ilə bağlı da danışıqlar apardığını bildirən Tramp, Suriyadan qoşunların çıxarılması qərarını bu sözlərlə müdafiə etdi:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !