ABŞ-da 3 müsəlman gənc öldürüldü

19:39 | 11.02.2015
ABŞ-da 3 müsəlman gənc öldürüldü

ABŞ-da 3 müsəlman gənc öldürüldü

Şimai Karolinada müsəlman gənc, onun xanımı və baldızı evində amansızcasına qətlə yetirilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Şimali Karolina Universitetinin yaxınlığında, Chapel Hill bölgəsində yerləşən bina evində yaşayan 23 yaşlı Şadi Berekat, 21 yaşlı xanımı Yusra Myhammed və 19 yaşlı baldızı Rezzan Muhammed silahla öldürülüb.

Cinayətin 46 yaşlı Craiq Stephen Hicks adlı şəxs tərəfindən törədildiyi güman edilir və o, şübhəli şəxs qismində saxlanılıb. Şübhəli şəxsin ateist olduğu deyilir və qətlin xüsusilə müsəlmanlara qarşı nifrətdən irəli gəldiyi deyilir. Etirazçılar ABŞ-da artan islamafobiyanın fonunda buna bənzər hadisələrin artacağını güman edirlər.

Şadi Berekatın bir müddət əvvəl evləndiyi və fəal sosial mediaçı olduğu deyilir. O, ölümündən bir neçə gün əvvəl suriyahlı qaçqınlar üçün yardım başlatdığı və sosial şəbəkədə islamofobiya ilə bağlı paylaşımlar etdiyi diqqət çəkib.

Bu arada CNN başda olmaqla ABŞ-ın digər media qurumlarının hadisəyə sıradan bir cinayət hadisəsi kimi təqdim etməsi, hətta öldürülənlərin adlarının verilməməsi diqqət çəkib.

ANN.Az
 
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM