ABŞ-ın bir neçə ştatında anomal soyuqlar davam edir.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq havanın temperaturu 50°-dən aşağı düşə bilər. Mütəxəssislər hesab edir ki, indiki soyuqlar 20 il ərzində ilk dəfədir ki, baş verir. ABŞ-ın Şimali Dakota, Viskonsin, Ayova və Minnesota ştatlarının vətəndaşları üçün bu qış çox sərt gəlib. Minnesotada temperaturun -45-dərəcəyə düşməsi məktəblərdə dərslərin ləğv edilməsilə nəticələnib. Artıq Çikaqo və İllinoys ştatlarında da havalar soyumağa başlayıb. Bu bölgələrin vətəndaşları 1994-cü ildən bu yana temperaturun 24 dərəcədən aşağı düşməsinin şahidi olmayıblar.
Artıq soyuqların gəlişi ABŞ-ın şimal-şərq və orta qərb bölgələrində 16 nəfərin ölümünə səbəb olub.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !