ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb - YENİLƏNİB

20:00 | 18.06.2021
ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb - YENİLƏNİB

ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb - YENİLƏNİB

ABŞ-ın Arizona ştatının Finiks şəhərində atışma zamanı 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Bu barədə "Report” CNN-ə istinadən xəbər verir.

Polisin yaydığı məlumata görə, atəş azı 8 yerdə avtomobildən açılıb. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmaması hələ məlum deyil.

Yaralılar hamısı xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan bəziləri atışmanın baş verdiyi yerdə qeydə alınan avtomobil qəzaları nəticəsində xəsarət alıblar.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb.
 
***

ABŞ-da atışma olub.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisə Arizona ştatının Finiks şəhərində qeydə alınıb. İnsident nəticəsində 9 nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, atışma bir neçə yerdə baş verib. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmaması hələ məlum deyil.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb