ABŞ-da avtomobillər bir-birilə “ünsiyyət quracaq”

21:04 | 19.05.2015
ABŞ-da avtomobillər bir-birilə “ünsiyyət quracaq”

ABŞ-da avtomobillər bir-birilə “ünsiyyət quracaq”

ABŞ Nəqliyyat Departamentinin rəsmisi planlaşdırır ki, ölkədə şütüyən avtomobillər təhlükəsizliyin yüksəldilməsi üçün bir-birilə "danışmağı" öyrənsin. Qurumun katibi Entoni Foks elan edib ki, yaxın vaxtlarda hər yeni avtomobilə "V2V” ("venicle-to-venicle”) rabitə interfeysinin  quraşdırılması məcburi olacaq.


"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru” saytına istinadən bildirir ki, avtomobillər arasındakı yeni məlumat ötürmə sistemi qəzaların sayını xeyli azaltmağa kömək edəcək. Məsələn, hətta əgər gecə sürücü qarşıdan gələn avtomobili görmürsə, bort kompüteri ona bu haqda məlumat verəcək. Nəticədə toqquşma baş verməyəcək.

Bu təklif artıq cari ilin sonunda federal səviyyədə müzakirə ediləcək. Ətraf mühit haqda informasiya qəbul edən və başqa maşınlarla "ünsiyyət qurmağa qadir” avtomatlaşdırılmış avtomobillər təhlükəsizlik sahəsində inqilab edərək minlərlə insan həyatını xilas edəcək" – qurumdan bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM