ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

10:10 | 21.02.2014
ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

ABŞ-ın Arkanzas ştatının Senatında “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib. ANS PRESS-in məlumatına görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Sənəddə enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində Azərbaycan ilə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin aparıcı rolu qeyd edilib.Eyni zamanda, qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər vurmasına imkan verilməməsinin vacibliyi qeyd olunub. NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanıb.Qeyd edək ki, 2013-cü ildə Arkanzas ştatının qanunverici orqanının hər iki palatası Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar qətnamələr qəbul edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM