Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən xəbərə görə, qətnamədə Azərbaycan xalqının 1990-cu il Qanlı Yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır.
"Qara Yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir.
Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentaki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !