ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı - VİDEO

11:45 | 18.01.2019
ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı - VİDEO

ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı - VİDEO

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb. 

Oxu.Az-ın "WSOC-TV”yə istinadən məlumatına görə, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib.

Hazırda şübhəli şəxsin axtarışları davam edir.

Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.


Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

E.Xəlilov basqın edilən "Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Araşdırmalar davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb