Birləşmiş Ştatlar Belarusdakı prezident seçkisindən "məyus olduğunu”, seçkinin azad və ədalətli səsvermə keçirmək öhdəliyinə uyğun gəlmədiyini bildirib.
ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner deyib ki, beynəlxalq müşahidəçilər 11 oktyabr seçkisində "ciddi problemlər”in olduğunu aşkarlayıblar. Seçkidə Alyaksandr Lukashenka 5-ci müddətə, həm də səslərin 83.5 faizini toplamaqla seçilib, rəsmi rəqəmlər belə deyir.
Beynəlxalq və yerli müşahidəçilər səssayma prosesini izləyə bilmədiklərini deyiblər. Eləcə də seçki komissiyalarında müxalifətçi və ya müstəqil təmsilçi yoxdur.
Lukashenka-nın əsas rəqibi Tatiana Korotkevich səslərin 4.42 faizini yığa bilib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !