Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ-da jurnalist və operator canlı yayımda olarkən nəmalum şəxslərin kənardan açdığı atəşlə qətlə yetiriliblər. Hadisə Virciniya ştatında ticarət mərkəzləriindən birində qeydə alınıb.
Hadisə zamanı WDBJ telekanalının əməkdaşı, 24 yaşlı jurnalist Alison Parker və 27 yaşlı operator Adam Ward müsahibə zamanı güllələniblər. Onların nə üçün öldürüldüyü hələlik məlum deyil.
Məlumata görə, telekanal əməkdaşları turizmlə bağlı müsahibə alırmış və bir anda silah səsləri eşidilir. Bundan sonra jurnalist qışqırmağa başlayır və görüntülərdə operatorun yerə yıxıldığı görünür. Eyni zamanda, xəbəri təqdim edən aparıcının simasındakı ifadə də ekrana gəlir və daha sonra yayım kəsilir. Kadrlarda 8 dəfə atəş açıldığı eşidilir.
Son məlumatlara görə, "Report" BBC-yə istinadən xəbər verir ki, jurnalistləri qətlə yetirən cinayətkarın Vester Lee Flanagan adlı şəxs olduğu müəyyən edilib. Flanagan jurnalistlərin çalışdığı telekanalın keçmiş işçisidir. Eyni zamanda bildirilir ki, həmin şəxs artıq intihar edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !