ABŞ-da daha bir polisi güllələdilər

11:00 | 28.12.2014
ABŞ-da daha bir polisi güllələdilər

ABŞ-da daha bir polisi güllələdilər

Amerikanın Flaqstaff  şəhərində (Arizona ştatı) kişi polis zabitini güllələdikdən sonra özünü də öldürüb.  CBS News  xəbər verir ki, hadisə şənbə günü, dekabrın 27-də, Bakı vaxtı ilə gecə yarısı baş verib. 

Polisdə bir ilə yaxındır ki, çalışan 24 yaşlı Tayler Ceykob Stüart (Tyler Jacob Stewart) çağırış əsasında yaşayış evinə gəlib. Orada polis ev zorakılığında şübhəli bilinən kişini zərərsizləşdirməyə çalışıb. Cavabında cinayətkar atəş açıb. 

"İlkin məlumata görə, kişi bir neçə dəfə polisə güllə atdıqdan sonra özünü öldürüb”, - deyə, polis serjantı Marqaret Bentzen (Margaret Bentzen) bildirib. Stüart ağır vəziyyətdə xəstəxanaya aparılsa da, burada dünyasını dəyişib. 

Qatilin şəxsiyyəti də müəyyənləşdirilib – bu, Preskott şəhərinin 28 yaşlı sakini Robert Smitdir (Robert W. Smith).
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM