ABŞ-da polis əməkdaşları daha bir silahsız afroamerikalını güllələyiblər.
"Report" "The Baltimore Sun" nəşrinə istinadən xəbər verir ki, bu dəfə qanun keşikçilərinin qurbanı 41 yaşlı Baltimor sakini Spenser Li Makkeyn olub.
Məlumata görə, üç polis əməkdaşı məişət zorakılığına dair çağırış zəngi ilə hadisə yerinə gəlib. Qanun keşikçiləri evə daxil olublar və qaradərili şəxsi "müdafiə vəziyyəti"ndə görərək ona bir neçə atəş açıblar. Bunu keçirdiyi mətbuat konfransında Merliend ştatının Baltimor dairəsinin polis rəisi Cim Conson bildirib.
Bir neçə odlu silah yarası alan Makkeyn xəstəxanaya yerləşdirilib və orada keçinib.
Afroamerikalını güllələyən polislər araşdırma müddətində məzuniyyətə göndəriliblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !