ABŞ-da daha bir zənci güllələndi

08:56 | 20.08.2014
ABŞ-da daha bir zənci güllələndi

ABŞ-da daha bir zənci güllələndi

Afroamerikalının son sözləri “Hə, atın mənə, öldürün məni” olub

Afroamerikalının ölümü ilə əlaqədar baş verən qarşıdurmaların 2-ci həftəsində, ABŞ-ın Missuri ştatının Ferquson şəhərində polis 23 yaşlı daha bir qaradərilini güllələyib.ANS PRESS-in məlumatına görə, hüquq mühafizə orqanları bildirirlər ki, onlar üstlərinə bıçaqla hücum edən vətəndaşa güllə açmaq məcburiyyətində olublar.“Şübhəli polisə tərəf çönərək, bıçağı çıxardıb və onlara deyib: “Hə, atın mənə, öldürün məni”, - deyə açıqlamada deyilir.Qeyd edək ki, keçən gecə ərzində polis artıq 60 nəfəri həbs edib.Çərşənbə axşamı ölkənin prezidenti Barak Obama insanlara müraciət edərək onları qanuna uymağa çağırıb. Bununla bərabər Obama onların nifrətini başa düşdüyünü bildirib.Öz növbəsində ABŞ baş prokuroru Erik Xolder, bu gün şəhərə gələcəyini və istintaqla şəxsən məşğul olacağını bildirib.Ferquson qarşıdurmaları 9 avqustda polisin qaradərili yeniyetməni öldürməsi ilə başlayıb. Polisin bildirdiyinə görə, 18 yaşlı Maykl Braun maşında başlayan atışma nəticəsində bir neçə güllə yarası alıb. Lakin hadisə şahidlərinin sözlərinə görə, oğlan silahsız olub və onu ayaq üstə əllərin qaldırdığı zaman güllələyiblər.Şəhərdə qarşıdurmalar polislə toqquşmalara çevrilib. 16 avqust fövqəladə hal elan olunaraq komendant saatı tətbiq edilib. 18 avqustda artıq şəhərə milli qvardiya gücləri yeridilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü bombalarından istifadə edir. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM