ABŞ-da dinləmə qalmaqalı böyüyə bilər

16:30 | 17.12.2013
ABŞ-da dinləmə qalmaqalı böyüyə bilər

ABŞ-da dinləmə qalmaqalı böyüyə bilər

Amerika Birləşmiş Ştatlarında Federal məhkəmə Milli Təhlükəsizlik Agentliyinin milyonlarla amerikalının telefon danışığını dinləməsinin nəticələrindən ibarət toplunu qeyri-qanuni hesab edib.Hakim Milli Təhlükəsizlik Agentliyinin xüsusi casus proqramları ilə topladığı bu məlumatlar külliyyatının ABŞ konstitusiyasının «səbəbsiz araşdırma» qadağasını pozduğu qənaətinə gəlib.Federal məhkəmənin hakimi Riçard Leon həmin proqramlarla dinləmələrə qarşı məhkəmə iddiası qaldıran iki nəfərin işinin araşdırılmasına dair də qərar çıxarıb. Lakin federal məhkəmənin qərarının qüvvəyə minməsi üçün iş Ali Məhkəməyə qədər gedib çıxa bilər.Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında telefon danışıqlarının dinlənilməsi ilə bağlı qalmaqal Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin ictimaiyyətə məxfi məlumatları açıqladıqdan sonra yaranmışdı. ANS Press
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti