ABŞ-da əhaliyə evdən çıxmamaq tövsiyə olundu

14:23 | 07.01.2014
ABŞ-da əhaliyə evdən çıxmamaq tövsiyə olundu

ABŞ-da əhaliyə evdən çıxmamaq tövsiyə olundu

ABŞ-da hökm sürən anormal soyuq hava şəraiti ilə əlaqədar bu gün bir sıra şimal ştatlarında şiddətli şaxtalar gözlənilir.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Minnesota, Ayova, Şimali Dakota, Viskonsin, Montana ştatlarında bu gün mənfi 40-50 dərəcə şaxta gözlənilir.

 

ABŞ-ın müvafiq qurumları vətəndaşları bu havada küçəyə çıxmamağa, elektrik enerjisinə qənaət etməyə çağırıb. Şaxtadan ABŞ-da artıq 17, Kanadada isə 10 nəfər vəfat edib, 40 mindən artıq ev elektrik enerjisiz qalıb, 4 mindən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

 

Qeyd edək ki, hazırda müşahidə olunan şaxtalar Şimali Amerikada son 40 il ərzində ən şiddətli soyuqlardır.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür