Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatasında 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını dəstəkləyən bir layihə tədqim edilib.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrini "soyqırım” olaraq qəbul etməsi üçün hazırlanan layihənin təqdim edilməsində erməni lobbisinin güclü dəstəkçilərindən olan respublikaçı konqresmen Robert Dold, Devid Paladao, eləcə də Demokratlar partiyasından olan Frank Pallon və Adam Şiff iştirak edib.
Layihənin hər iki partiya üzvləri tərəfindən qəbul edildiyi vurğulanır. Layihə əvvəlcə Nümayəndələr Palatasının xarici işlər komitəsində səsverməyə çıxarılacaq və səs toplayacağı halda, Nümayəndələr Palatası rəhbəri Con Boynerə və onun vasitəsilə də ümumi iclasa çıxarıla bilər.
Qeyd edək ki, ermənilər 1915-ci ildə Osmanlı hökumətinin erməniləri təhlükəsizlik məqsədilə ölkənin daxili rayonlarına köçürmək siyasətini "soyqırımı” adlandırır və ermənilərin qətlə yetirildiyini iddia edirlər. Türkiyə hökuməti dəfələrlə həmin hadisələri araşdırmaq üçün müştərək türk-erməni tarix komissiyası yaratmağı təklif etsə də, erməni tərəfi buna məhəl qoymur. Dünyada siyasi səbəblərlə qondarma "erməni soyqırımı”nı bir neçə ölkənin parlamenti tanıyıb. Lakin bu ölkələrin heç biri Ermənistanın özü də daxil olmaqla qondarma soyqırımı iddiaları ilə bağlı heç bir tarixi sənəd, fakt ortaya qoya bilməyib. Türkiyənin arxiv sənədlərini açmasına baxmayaraq, Ermənistan bundan imtina edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !