ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törətdilər - Foto

22:56 | 11.01.2022
ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törətdilər - Foto

ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törətdilər - Foto

Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu Azərbaycanın Los-Ancelesdəki Baş konsuluğunun binasının qarşısında asıblar.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.

Baş konsul bildirib ki, Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatları qətlə yetirib: "Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, bu məsələni araşdırmağa çağırırıq”.
Qeyd edək ki, Qurgen Yanikyan 1973-cü ildə Kaliforniyada Türkiyənin baş konsulu və onun müavinini öldürüb. O, 1984-cü ildə Kaliforniyanın erməni qubernatoru Deukmejian tərəfindən əfv edilib. Onu milli qəhrəman hesab edən Ermənistan Yanikyanı 2019-cu ildə İrəvanda fərqlənmə diplomu ilə təltif edib.

Yanikiyan 1970-1990-cı illərdə 40-dan çox türk diplomatı və onların ailə üzvlərini öldürəcək iki erməni terror təşkilatının - JCAG və ASALA-nın yaradılmasına ilham verib. Lakin Ermənistan onu və digər terrorçuları öz milli qəhrəmanları kimi vəsf edir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM