İşğtişaşlar burada məhkəmə münsifləri kollegiyasının (grand jury) yeniyetmə Michael Brown-nu öldürmüş polis zabiti Darren Wilson-nun polis təlimatına və qanunçuluğa uyğun hərəkət etdiyi və ölümdə məsuliyyət daşımadığı barədə hökmünə etiraz olaraq başlanıb. Missuri ştatının qubernatoru Jay Nixon bildirib ki, Fergyuzonda ötən gün baş vermiş zorakılıqlar davam edə bilməz. Qubernatorun əraziyə əsgəri qüvvə gətirilməsi barədə qərarından az əvvəl Fergyuzon şəhərinin meri James Knowles onu astagəllikdə ittiham etmişdi.
Ən pis ssenariyə hazırlıq
Mer bildirib ki, “ən pis ssenari”yə hazır olmaq lazımdır. O ABŞ-da daxili qoşun növü sayılan Milli Qvardiya əsgərlərinin etiraz rayonlarına vaxtında göndərilməməsini kəskin tənqid edib.
Cənab Knowles deyib ki, ordu hissələrinin gecikdirilməsi etirazçıların yerli biznesə və şəxsi mülkiyyətə dağıdıcı ziyan vurmasına səbəb olub. Xəbər verilir ki, bazar ertəsi gecə baş vermiş zorakı etirazların nəticəsində onlarca şirkət və müəssisənin binası, habelə iki polis maşını yandırılıb. Missuri qubernatoru burada fövqəladə vəziyyəti hələ noyabrın 17-dən elan etmişdi, lakin polisin yeniyetməni vurması ilə bağlı məhkəmə münsiflərinin hökm verməsini gözləyirdi. Fergyuzon şəhərinin meri israr edir ki, daxili qoşunlar qərar elan olunmazdan əvvəl yeridilməliydi. Cənab Knowles deyib ki, təhlükəsizlik qüvvələri bu gecə hər hansı mütəşəkkil zorakılıqların baş verəcəyi barədə məlumata malik deyil, lakin planlaşdırılmamış etiraz aksiyalarının baş verməsi mümkündür.“Michael Brown” qanunuXəbər verilir ki, bazar ertəsi baş vermiş zorakılıqların gedişində və onlardan sonra Fergyuzon və qonşu St. Luisdə 80 nəfər həbs edilib. Zorakı etirazlara səbəb olan hadisə avqustun 9-da baş vermişdi. O zaman polis zabiti Darren Wilson atəş açaraq 18 yaşlı Michael Brown-un ölümünə səbəb olmuşdu.Yeniyetmə Michael Brown-nun ailə vəklilləri polis zabitinin təqsirsizliyinin təsdiqi ilə bitmiş prosesi “ədalətsiz” adlandırıblar. Prokuror Benjamin Crump deyib ki, proses münsiflər kollegiyası polis zabitini həbs cəzasına məhkum etməmək qərarını qəbul etdikdən sonra “pozulub”. Vətəndaş haqları fəalları da qərarı qətiyyətlə pisləyiblər, lakin bildiriblər ki, polisin hesabatlığını artırmalı olan qanunun
- Michael Brown qanunun qəbul edilıməsi üçün mübarizəni davam etdirəcəklər. İnsan haqları fəalları tərəfindən irəli sürülmüş qanun layihəsi polis nəfərlərinin icbari qaydada videokamera gəzdirmələrini tələb edir. //azadliq.org