ABŞ-ın şimal-şərqində baş verən güclü qar fırtınası xeyli adamın ölümünə səbəb olub. APA-nın xəbərinə görə, “Sky News” yanvarın 3-dən bəri 15 nəfərin öldüyü haqda xəbər yayıb.Ölənlərin çoxu kəskin hava şəraiti ilə əlaqədar baş verən yol-nəqliyyat hadisələrində dünyasını dəyişib. Nyu-York ştatında Alsheymer xəstəliyindən əziyyət çəkən bir qadın donaraq ölüb. Ştatın qubernatoru sakinlərə müraciət edərək onları xüsusi ehtiyac olmadan evlərini tərk etməməyə çağırıb. Nyu-York ştatında fövqəladə vəziyyət elan olunub.Nyu-Yorkdan başqa bir neçə gündür davam edən qar fırtınası Nyu-Cersi, Miçiqan, Massaçusets, Kentukki, İndiana, İllinoys və digər ştatlara da təsir edib. Pis hava şəraiti səbəbi ilə 2 minə yaxın təyyarə reysi təxirə salınıb, avtomobil yolları bağlanıb. Ölkənin bəzi yerlərində havanın temperaturu mənfi 23 dərəcəyə enib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !