ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb

21:00 | 05.09.2017
ABŞ-da

ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb

Qasırğanın vurduğu zərər 150-180 milyard dollara çata bilər.

ABŞ-da daşqınlara gətirib çıxaran "Harvi" qasırğası qurbanlarının sayı 60 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" Texas ştatının Fövqəladə Vəziyyət üzrə Departamentinə istinadən xəbər verib.

Texasın qubernatoru Qreq Ebbott bildirib ki, "Harvi" qasırğasının vurduğu zərər 150-180 milyard dollara çata bilər. Bundan əvvəlki məlumatda qasırğa zamanı 47 nəfərin öldüyü bildirilirdi.

"Harvi" son 12 il ərzində ABŞ ərazisində qeydə alınmış ən dağıdıcı qasırğadır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM