ABŞ-da İsraillə bağlı protokol böhranı yaşandı

13:02 | 29.01.2015
ABŞ-da İsraillə bağlı protokol böhranı yaşandı

ABŞ-da İsraillə bağlı protokol böhranı yaşandı

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, prezident Barak Obama "CNN İnternational"a açıqlamasında ABŞ-a səfər edəcək İsrail baş naziri Binyamin Netanyahu ilə görüşməyəcəyini deyib. Bunun səbəbindən danışan Obama "bizim əsas siyasətimizə görə, ölkəsində seçkilərin keçirilməsinə 2 həftə qalmış hər hansı dövlət başçısını qəbul etmək mümkün deyil. Bu, bizim həmin ölkədə baş tutacaq seçkilərə müdaxiləmiz kimi dəyərləndirilə bilər" - bildirib.

Qeyd edək ki, İsrail baş nazirini ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner  dəvət edib və Barak Obamadan, eləcə də Ağ Evdən xəbərsiz atılan bu addım prokotol böhranı kimi qəbul edilib.

ABŞ xarici işlər naziri Con Kerrinin də B.Netanyahu ilə görüşməyəcəyini açıqlayıb. Bu barədə qurumun sözçüsü Jen Psaki məlumat verib.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM