ABŞ-da ötən günlərdə baş verən kimyəvi sızıntı ucbatından 4 nəfər ölmüşdü.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, daha bir qəza xəbəri də yayılıb. Los-Anceles şəhərinin Santa Paula hissəsində kimyəvi maddə yüklü maşın partlayıb. Üzvi peroksid daşıdığı bildirilən maşının partlayış səbəbi naməlumdur. İlkin məlumata görə, sürücü və daha 4 nəfər kimyəvi maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Partlayışın baş verdiyi ərazinin yaxınlığında olan məktəbdə tətil elan edilib. Ərazidəki sənaye zavodları təhlükə ucbatından müvəqqəti bağlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !