"ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklər var".
Bu barədə "Report"a Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib.
Onun sözlərinə görə, ABŞ-da pandemiya qurbanlarının yarıdan çoxu Nyu-Yorkda Türkiyə əsillilərin sıx yaşadığı dörd əyalətdədir:
"Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti türklərlə işləyir, bu səbəbdən onların yaşadığı ərazilərdə məskunlaşıblar. Koronavirusa yoluxan tanıdığım bir neçə azərbaycanlı var və müalicələrini davam etdirirlər. Hazırda Türkiyə əsillilərindən ölənlər daha çoxdur. Ölümlər daha çox Paterson, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada qeydə alınır və sayıları da gedərək artır. Ötən gün koronavirusun qurbanı olan 6 türkü Nyu-Yorkdakı məscidə apardılar və yaxınlarından bir-iki nəfərin iştirakı ilə dəfn etdilər".
Eyni zamanda T.Tekman bir çox cənazənin "Türk Hava Yolları" şirkətinə məxsus karqo təyyarələri ilə Türkiyəyə aparıldığını da bildirib.
Hazırda ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Azərbaycan vətəndaşı Elvin Qoca "Report"a açıqlamasında vəziyyətin gündən-günə çətinləşdiyini deyib: "Biz telefon və sosial media üzərindən yaratdığımız qruplar vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Hər kəs qorxu içərisindədir və koronavirusa yoluxan bir neçə həmvətənimiz var".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !