ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin artmasına səbəb olub

23:30 | 09.07.2021
ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin artmasına səbəb olub

ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin artmasına səbəb olub

Arxada qalan həftə ərzində neftin qiyməti dəyişkən dinamika nümayiş etdirsələr də, OPEC+ alyansı ilə bağlı vəziyyətin neft ehtiyatlarının artmasına səbəb ola biləcəyi narahatlığı qalmaqdadır.

"Report” "Investing.com”a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent” neftinin sentyabr fyuçersləri 0,30% bahalaşaraq, 1 bareli 74,34 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,41% yüksələrək, 1 bareli 73,24 dollar təşkil edib.

ABŞ-da neft və benzin ehtiyatları azalıb. Bununla belə, ABŞ Energetika Nazirliyinin məlumatına görə, benzinə olan tələbat 2019-cu ildən sonra ən yüksək həddə çatıb.

Ötən həftənin nəticələrinə əsasən ABŞ-da "qara qızıl” ehtiyatı 6,9 milyon barel azalaraq, 445,5 milyon barelə çatıb. Analitiklər azalmanın 4 milyon barel olacağını güman edirdilər. Bundan başqa, həftə ərzində ölkədə benzin ehtiyatları 6,1 milyon barel azalıb. Azalmanın 2,2 milyon barel olacağı proqnozlaşdırılırdı.

Bütün bu məqamlara baxmayaraq, bəzi treyderlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi böyük neft hasilatçıları arasında danışıqların pozulması səbəbindən bəzi OPEC+ üzvlərində də pandemiya dövrü tətbiq edilən məhdudiyyətlərdən imtina etmək meyllərinin yaranacağından ehtiyat edirdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb