ABŞ-da pələngdə ilk dəfə COVID-19 aşkarlandı

12:09 | 06.04.2020
ABŞ-da pələngdə ilk dəfə COVID-19 aşkarlandı

ABŞ-da pələngdə ilk dəfə COVID-19 aşkarlandı

Dünyada ilk dəfə ABŞ-dakı pələngdə COVID-19 infeksiyası aşkarlanıb.

"MediaPost" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ vəhşi həyatın müdafiəsi cəmiyyəti açıqlama yayıb.

Məlumata görə, Nyu York şəhərindəki Bronks zooparkındakı Nadia adlı pələngdə koronavirus tapılıb.
4 yaşlı pələngin koronavirus testinin cavabının müsbət olduğunu açıqlayan qurumdan zooparkdakı digər 3 pələng və 3 şirdə də bənzər simptomlar olduğu bildirilib.

Açıqlamada heyvanların vəziyyətinin normal olduğu qeyd edilib.

Xatırladaq ki, bu vaxta qədər ABŞ-da hər hansı bir heyvanda koronavirus aşkarlanmamışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb