Rəsmi hakimiyyət həlak olanların dəqiq sayını açıqlamaqda çətinlik çəkir.
ABŞ-ın Texas ştatında cərəyan edən tropik "Harvi" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "The New York Times" qəzeti yazıb.
Qəzet bunu yerli hakimiyyət nümayəndələrindən aldığı məlumata əsasən bildirib. Bu barədə Amerika KİV-də dərc olunan məlumatlar bir-birindən fərqlənir. Onların əksəriyyəti ölənlər barədə 10 nəfəri ötən rəqəmi qeyd edir. Rəsmi hakimiyyət təbii fəlakət nəticəsində həlak olanların dəqiq sayını söyləməkdə çətinlik çəkir.
"Harvi" ABŞ-da son 12 il ərzində ən güclü qasırğa olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !