Müxtəlif rəngli və formalı tacları təqdim edən Hypercaine seriyasından üç fiqura ziyan dəyib.
ABŞ-ın Los-Anceles şəhərindəki "14th Factory" qalereyasında ziyarətçilərdən biri selfi çəkmək istərkən 200 min dollar dəyərində olan eksponatı qırıb.
"Report" "Mashable" portalına istinadən xəbər verir ki, saytda yerləşdirilmiş videoda qızın quraşdırılmış obyektlərin qarşısında oturaraq selfi çəkdirmək istədiyi, amma müvazinətini saxlaya bilmədiyindən postamentin birinə toxunduğu görünür. Nəticədə domino effketi ilə o, sıradakı 10 postamentlin hamısı aşıb.
Administrasiyanın məlumatına görə, müxtəlif rəngli və formalı tacları təqdim edən "Hypercaine" seriyasından üç fiqura ziyan dəyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !