ABŞ-ın Rapid-Siti şəhərində Kanadanın “WestJet” avia şirkətinə məxsus olan “Boeing 737-700” sərnişin təyyarəsi qəzalı eniş edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, göyərtəsində 28 sərnişin və 5 ekipaj heyəti olan təyyarənin qəzalı enişi salonda qapıların birində aşkar edilən nazaslıq səbəbindən olduğu deyilir.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !