ABŞ-da taxıl, uşaq qidası qiymətləri 1979-cu ildən bəri ən yüksək həddə çatıb
ABŞ-da ərzaq qiymətlərinin ümumi səviyyəsi keçən illə müqayisədə 10,9% artıb. Bu barədə Bloomberg ABŞ Əmək Departamentinə istinadən məlumat yayıb.
Bu, 1979-cu ildən bəri ən əhəmiyyətli sıçrayışdır. Xüsusilə, şorba (+19,1%), dənli bitkilər (+16,8%), uşaq qidaları (+15%) və dondurulmuş meyvə-tərəvəz (+10,6%) qiymətlərində rekord artım qeydə alınıb.
Bundan əlavə, ABŞ-da pərakəndə yumurtalar 38% bahalaşdı ki, bu da 2007-ci ilin oktyabrından bəri ən yüksək qiymətdir, süd məhsulları isə 14,9% bahalaşaraq 2004-cü ilin iyun ayının rekordunu vurub.
Bloomberg-in qeyd etdiyi kimi, enerji qiymətlərinin aşağı düşməsi səbəbindən inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə azalıb, lakin ərzaq və kirayə qiymətlərinin artması səbəbindən bu, sadə amerikalıların həyatına güclü təsir göstərir. Bu, əsasən, ailə büdcəsinin böyük bir hissəsini ərzaq məhsullarına xərcləyən ABŞ-ın aztəminatlı sakinlərinə aiddir.
www.anews.az

Əvvəllər NBC telekanalı bildirmişdi ki, ABŞ sakinləri çoxlarının ödəyə bilmədiyi elektrik enerjisi ödənişlərindən şoka düşüblər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər