ABŞ-da təhsil alanlarla bağlı suala təhsil nazirindən cavab

17:41 | 30.11.2023
 ABŞ-da təhsil alanlarla bağlı suala təhsil nazirindən cavab

ABŞ-da təhsil alanlarla bağlı suala təhsil nazirindən cavab

Azərbaycan Elm və Təhsil Nazirliyi Amerika Birləşmiş Ştatlarında  təhsil alan tələbələrin təhsil haqlarını əvvəlki qaydada ödəyəcək.  Bunu Elm və Təhsil naziri Emin Əmrullayev son vaxtlar yerli mediada ABŞ universitetlərində təhsil almış tələbələrin ABŞ cəsusu adlandırılması ilə bağlı yer alan məqalələrdən sonra Təhsil proqramı çərçivəsində bu ölkədə təhsil alan tələbələr problemlə üzləşə bilərmi? sualına cavabında bildirib.  
 
"Həmin yazılarda Amerikada təhsil alan hər kəs agentdir mesajı yox idi.  Orada məqam bir az başqa idi. Mənim rast gəldiyim medialarda belə məlumat yox idi. Dövlət Proqramı çərçvəsində bu günə qədər ABŞ-da təhsil alan gənclər var. Hal hazırda tələbələr təhsil alırsa biz onların ösənişlərini həyata keçirəcəyik", - Emin Əmrullayev  cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib. 
 
O həmçinin vurğulayıb ki,  "gələcəklə bağlı nəsə demək çətindir".
 
Hazırda Elm və Təhsil Nazirliyi ABŞ-ın aparıcı universitetlərində bakalavr və magustr pilləsində oxumaq hüququ qazanan onlarla gəncin təhsil haqqını ödəyir.
 
Noyabrın 25-də bir neçə yerli mediada ABŞ-ın Azərbaycandakı  səfirliyinin ABŞ universitetlərinin məzunları ilə görüşmək istədiyini  bildirərək bu görüşün  "reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsi" kimi dəyərləndirib. 
 
"Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslər iştirak edəcəklər.",  - yazıda bildirilib. 
 
Bu məqalələr ABŞ-da təhsil alan və almağa hazırlaşan gənclərin valideynlərində narahatlıq yaradıb. Emin Əmrullayev bu narahatlıqların əsassız olduğunu və təhsil alanların təhail haqlarının əvvəlki aydada ödəniləcəyini bildirib. 
 


 

  
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM