ABŞ-da türkofob senator və onun həyat yoldaşı barədəki istintaqın təfərrüatı məlum olub

15:15 | 20.11.2022
ABŞ-da türkofob senator və onun həyat yoldaşı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-da türkofob senator və onun həyat yoldaşı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-ın federal prokurorları senator Bob Menendezin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini araşdırır.

Bu barədə "The Wall Street Journal” yazıb.

Ermənipərəst və türkofob Bob Menendes 2006-cı ildən senatordur və hazırda Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.

"The Wall Street Journal”ın məlumatına görə, Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu Menendesin 2020-ci ildə evləndiyi həyat yoldaşı Nadin Arslanyanın şəriklərini məhkəməyə çağırıb. Çağırış zamanı həm Arslanyan, həm də Menendes haqqında məlumat istənilib.

İstintaq prokurorlar tərəfindən 2015-ci ildə Menendesə qarşı qaldırılan və məhkəmə prosesi ilə nəticələnən ictimai korrupsiya işindən ayrıdır.

2019-cu ilin sonlarında federal müstəntiqlər Edcvoterdə (Nyu-Cersi) yerləşən "IS EG Halal” şirkətinin təsisçisi Vael Xananın evində və ofisində axtarış aparmaq üçün order alıblar. Məsələ ilə tanış olan insanların fikrincə, Xana Arslanyanın ortağıdır. Onun şirkəti isə Misirə ixrac üçün halal ətin sertifikatlaşdırılmasına icazə verilən yeganə müəssisə kimi tanınır.

Hökumət tərəfindən müsadirə edilmiş əmlakın geri qaytarılmasını istəyən Xananın vəkili Lourens Lustberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar ABŞ-da açıqlanmayan mümkün xarici lobbiçilik və federal qanunun digər potensial pozuntusu hallarını araşdırırdılar.

Prokurorlar həmçinin Arslanyanın çoxdankı dostu və Xananın maraqlarını təmsil edən Nyu Cersi ştatının vəkili Andranik Aslanyanı da məhkəməyə çağırıblar.

Prokurorlar senatorun arvadı ilə münasibətini soruşduqda o, qadını 25 ildir tanıdığını və hər ikisinin erməni olduğunu bildirib. Eyni zamanda vəkil prokurorların ondan nə istədikləri barədə heç bir fikri olmadığını vurğulayıb.

Menendes və Arslanyan Nyu Cersi ştatının Enqlvud Kliffs şəhərində yaşayırlar. Ermənipərəst senatorun həyat yoldaşı haqqında onun Nyu-York Universitetində oxuduğu və beynəlxalq siyasət üzrə təhsil alması məlumdur. Arslanyan 2019-cu ildə Nyu Cersidə yaradılmış "Strategic International Business Consultants LLC” holdinq şirkətinin prezidentidir. O, həmçinin Nyu Cersidə tibbi sınaq şirkəti olan "Fusion Diagnostics Laboratories”də çalışıb. Şirkətin icraçı direktoru Moataz Abdallahın sözlərinə görə, Arslanyan bir müddət satış və marketinq departamentində işləyib.

2015-ci ildə Menendesə qarşı ictimai korrupsiya işində federal prokurorlar onun müəyyənə kömək müqabilində Floridadan olan oftalmoloq Salomon Melgendən şəxsi təyyarə uçuşları və tətillər də daxil olmaqla, təqribən 1 milyon dollarlıq hədiyyələr aldığını iddia ediblər.

Senator Menendes uzun illər Amerikadakı erməni diasporunun əsas lobbiçilərindən biri hesab olunur. Təbii ki, floridali oftalmoloq Salomon Melgen ilə əlaqələrdən də göründüyü kimi, o, bunu pulsuz etməyib. 1995-ci ildən Menendes ABŞ Konqresinin Erməni İşləri üzrə Qrupu adlanan bir qrupun ən fəal funksionerlərindən biridir.

Menendes ABŞ-ın Azərbaycana helikopter satmasına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını bloklayıb.

O, ABŞ-ın Azərbaycana hərbi yardımını və Türkiyəyə F-16 qırıcıları və komponentlərinin satışının qarşısını alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb